19 Aprel 2019 22:43
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat nəticəsində İranda və regionun digər ölkələrində 290 casus aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın təhlükəsizlik naziri Mahmud Ələvi deyib. O bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq fəaliyyəti göstərənlər həbs edilib. Digər dövlətlərin təhlükəsizlik orqanları ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələrə əsasən həmin dövlətlərə də məlumat verilərək ərazilərində ABŞ-ın casus şəbəkəsinin olması bildirilib. M.Ələvi dövlətlərin adını sadalamasa da qeyd edib ki, ABŞ-ın casus şəbəkəsi region ölkələrində də geniş fəaliyyət göstərir.

Nazir qeyd edib ki, hazırda həbs olunanlar dindirilir. Yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər