20 Aprel 21:20

Fransanın paytaxtı Paris şəhərində "sarı jiletlilər"in bu gün keçirilən etiraz aksiyası zamanı axşama doğru 189 nəfər saxlanılıb. Onlardan 4-ü azyaşlı uşaqdır.

Bu saatlara qədər aparılan 17 min 567 yoxlama nəticəsndə 189 aksiya iştirakçısı dindirilib və onlardan 122-si saxlanılıb.

Ötən şənbə "sarı jiletlilər"in 22-ci aksiyası zamanı paytaxtda gün ərzində keçirilən 9 min 473 yoxlama zaman cəmi 27 nəfər dindirilmişdi.


Müəllif: Teleqraf.com