Ukraynada bu gün 08:00-dan 20:00-dən prezident seçkilərinin ikinci turu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, ölkə başçısı postu uğrunda hazırki prezident Petro Poroşenko və şoumen Vladimir Zelenski mübarizə aparacaqlar.
29989 seçki məntəqəsində 26 milyondan çox insan səs verəcək.
Qeyd edək ki, martın 31-də keçirilən ilk turda Zelenski 30,24%, Poroşenko isə - 15,95% səs toplayıb.