21 Aprel 2019 23:42
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin “Arli Berk USS Ross” (DDG71) raket daşıyan gəmisi aprelin 21-də Batumi limanına daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin saytında məlumat verilib.

Məlumatda bildirilir ki, USS Ross gəmisinin Batumiyə gəlişi ABŞ-la Gürcüstan arasında əməkdaşlığın inkişafına, eləcə də Qara dəniz regionunda sülhə və təhlükəsizliyə xidmət edir.
İspaniyanın Rota şəhər limanında dayanan USS Ross gəmisi ABŞ-ın 6-cı donanmasının dəniz tapşırıqlarını yerinə yetirir.


Müəllif: Teleqraf.com