“Mən dəfələrlə demişəm ki, vaxt gələcək bütün suallara cavab verəcəyəm”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan Respublikaçı Partiyasının yeni üzvləri ilə görüşündə bəyan edib.
O bu barədə media nümayəndələri ilə razılaşdığını bildirib:
“Mən media nümayəndələri ilə danışdım. Onlara zamanın gələcəyini və bütün suallara cavab verəcəyəmi dedim”.
Qeyd edək ki, Serj Sərkisyan 2008-ci ilin mart ayında İrəvanda dinc aksiyalar zamanı baş vermiş qətliamın təşkilitaçılarından biri olmaqda şübhəli bilinir. O, məsələ ilə əlaqədar istintaqa ilk ifadəsini verib.
Bundan əlavə, Sərkisyan dövlətə məxsus milyardlarla dollar maddi vəsaiti mənimsəmədə ittiham edilir.