25 Aprel 2019 10:04
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya beynəlxalq miqyasda sabitliyi pozan davranışlardan imtina etməlidir. Hərbi gəmilərimiz 100 min ton beynəlxalq diplomatiya ağırlığındadır.

Teleqraf.com-un məlumatına görə, Rusiyaya bu xəbərdarlığı ABŞ-ın Moskvadakı səfiri Con Huntsman edib.

Səfir bu xəbərdarlığı Aralıq dənizində üzən ABŞ donanmasının USS Abram Linkolin gəmisindən göndərib.

Səfirin açıqlaması “bizimlə normal davranmaq istəyirsənsə təxribatlara son ver” mənasını güdür.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanması xidmət apardığı Aralıq dənizinə daha iki qırıcı təyyarə daşıyan gəmi göndərib. Hazırda Aralıq dənizində ABŞ-ın 10 hərbi gəmisi üzür.

Bundan əvvəl isə bölgəyə 130 ədəd hərbi təyyarə və 10 min dəniz piyadası göndərilib.

Hərbi mütəxəssislər ABŞ-ın Aralıq dənizində güc nümayişini Suriya və ya Liviyada gedən proseslərlə əlaqəli ola biləcəyini deyirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər