İsrail Baş naziri Binyamin Netanyahu işğal edilən Colan təpələrindəki yəhudi yaşayış yerinə ABŞ Prezidenti Donald Trampın adını verəcək.
Teleqraf.com xəbər verir ki, Netanyahu ailəsi ilə birlikdə Colan təpələrinə səfər edib.
Səfərdən sonra baş nazir Tvitter hesabında yazıb ki, İsrailin Colan təpələri üzərində suverenliyini tanıyan Donald Trampın şərəfinə buradakı bir yaşayış yerinə onun adı veriləcək.
Təklif qısa müddətdə Nazirlər Kabinetinə təqdim olunacaq.
Qeyd edək ki, martın 25-də ABŞ Prezidenti Donald Tramp İsrailin işğal etdiyi və BMT-nin Suriya ərazisi kimi tanıdığı Colan təpələrinin İsrailə məxsus olduğuna dair qərarnamə imzalayıb.