Ukrayna prezidenti Pyotr Poroşenko cümə günü yerli vaxtla 14:00-da atəşkəs barədə əmr verəcəyini bildirib.
Teleqraf.com-un rus mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Poroşenko NATO sammiti çərçivəsində açıqlama verib. Poroşenko ümid edir ki, cümə günü Minskdə əlaqə qrupu ilə baş tutacaq görüşdə sülh müqaviləsi imzalanacaq.
Xatırladaq ki, rus separatçıları şübhə edirlər ki, ölkənin şərqindəki döyüşçülər prezidentin qərarına tabe olmaqdan boyun qaçıracaqlar.
Samir