27 Aprel 2019 08:25
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ məhkəməsi Rusiya casusu olmaqda ittiham edilərək saxlanılan Rusiya vətəndaşı Mariya Butinanı 18 ay həbs cəzasına məhkum edib.

Hakim Tatyana Çutkan Butinanın ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına qoyduğunu bildirib.

“O yalnız ABŞ-ın siyasi sistemi haqqında bilmək istəmirdi. O, Rusiya hakimiyyəti üçün faydalı olacaq informasiyanı toplamaq istəyirdi”, - hakim əlavə edib.

Çutkan qeyd edib ki, Butina kommunikasiyaların ikinci kanalının yaradılması və Rusiya maraqlarının irəliləyişi üzərində işləyirdi.

Məhkəmə cəzasının çəkilməsindən sonra Butinanın deportasiyasını bəyənib.

Qeyd edək ki, Butina 2018-ci ilin iyulundan həbsdədir. O, istintaqla sazişə gedərək özünü günahkar sayıb, əks təqdirdə onu çoxillik həbs cəzası gözləyirdi.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər