Asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığı əldə etməklə bağlı fərman gələcəkdə Ukraynanın bütün əhalisinə şamil olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Pekində Çinə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib:
“Biz təkcə Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasında yaşayanlar üçün belə şərait yaratmırıq. Biz ümumiyyətlə Ukrayna vətəndaşlarına da sadələşmiş qaydada Rusiya vətəndaşlığı verməyi təmin etmək barədə düşünürük”.
Qeyd edək ki, aprelin 24-də V.Putin tərəfindən Ukraynanın cənub-şərq regionunun bir sıra rayonlarının sakinlərinə asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığı almağa icazə verən fərman imzalanıb.