29 Aprel 2019 08:05
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Ural Hava Yolları”na məxsus təyyarə Parisə getməli olan sərnişinləri Kaluqaya aparıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Moskva və Fransa arasında uçuşlara məhdudiyyət qoyulmasıdır. Verilən məlumata görə, Fransa tərəfi bu istiqamətdə uçuşa icazə verməyib.

“Reysin həyata keçirilməsi üçün, aviaşirkət Kaluqada məcburi eniş edib və Fransa tərəfindən icazə almağa çalışıb”, - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər