Rusiya Prezidenti Vladimir Putin Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenskiyə insan hüquqlarının qorunması işinə Mixail Saakaşvilinin nümunəsində gürcülərdən başlamağı məsləhət görüb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Rusiya dövlətinin başçısı M.Saakaşvilinin “qanunsuz olaraq vətəndaşlıqdan məhrum edildiyini, qanunsuz olaraq ölkədən xaric edildiyini” xatırladıb. Deyib ki, bugünkü Ukrayna rejiminin təqiblərindən yaxa qurtarmaq üçün qürbət diyarlara üz tutmaq məcburiyyətində qalan bir çox Ukrayna vətəndaşı kimi M.Saakaşvilinin də ölkəyə qayıtmasına şərait yaradılmalı, onun pozulmuş hüquqları bərpa olunmalıdır.