29 Aprel 2019 21:08
2 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni prezidenti Vladimir Zelenski bütün rusiyalılara Ukrayna pasportunun verilməsi təşəbbüsü ilə çıxış edib. Bu, Donbasda yaşayanlara Rusiya pasportlarının paylanmasına cavab reaksiyası olub.

Teleqraf.com xəbər verir ki, Zelenskinin təşəbbüsünü Rusiya prezidenti özünəməxsus şəkildə cavablandırıb.

Vladimir Putin deyib: “Bu, onu göstərir ki, biz razılığa gələcəyik, ümumi cəhətlərimiz çoxdur. Rusiyalılar və ukraynalılar ümumi vətəndaşlıqdan yalnız qazanardılar.

Ümumiyyətlə, hesab edirəm ki, ruslar və ukraynalılar əslində eyni xalqdır. Özünəməxsus mədəniyyətləri, dilləri və tarixləri ilə, amma mahiyyətcə eyni xalq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər