ABŞ-ın Haitidəki səfirliyinin binasında atışma baş verib.
Bu haqda ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə bölməsindən bildirilib.
“Atışma səfirliyə arxa girişin ətrafında baş verib. Səfirliyin ərazisində bütün insanlara sığınacaqda qalmağı tövsiyə edirik”, - tvitterdədərc olunan xəbərdə deyilir.
İdarə sakinləri hadisənin baş verdiyi əraziyə yaxınlaşmamağı çağırıb.