1 May 2019 15:13
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başqırdıstanın istintaq orqanları bir ailənin beş üzvünün qətli ilə bağlı hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrından itkin düşən beş şəxs barədə indiyədək heç bir axtarış aparılmayıb. Bu ilin aprel ayında Ufa sakini 22 yaşlı rəfiqəsi və onun 9 aylıq körpəsinin itkin düşməsi ilə əlaqədar polisə müraciət edib. Müraciətdən sonra hüquq-mühafizə orqanları axtarışa başlayıb. Əvvəlcə ailə başçısının evinə gələn qanun keşikçiləri onun yaxın qohumlarından öyrənib ki, 46 yaşlı kişi özünə qəsd edib.

İstintaq əməliyyatı zamanı məlum olub ki, kişi ötən ilin dekabrında 39 yaşlı xanımını, iki övladını, eləcə də ögey qızı və onun uşağını boğaraq öldürüb. Daha sonra o, yük maşını sifariş edərək cəsədləri Orconikidzevsk rayonunda “Şimal qəbiristanlığı” yaxınlığındakı bağ sahəsinin quyusuna atıb.

Məhkəmə tibbi ekspertizasının ilkin rəyinə görə, qadınlar və uşaqların hamısı boğularaq öldürülüb.

İstintaqçılardan birinin Ufa1.ru portalına verdiyi məlumata görə, ailə birotaqlı mənzilə yaşayırmış və ata tez-tez evə içkili halda gəlirmiş. İlkin ehtimallara görə, qətl spirtli içki qəbul edən kişi ilə ailə üzvləri arasında mübahisə zəminində baş verib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər