1 May 2019 16:17
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Suriyadakı düşərgələrdə saxlanılan 1800 İŞİD terrorçusunun öz ölkələrinə təhvil verilməsi üçün Avropa dövlətlərinə çağırış edib.

Teleqraf.com xəbər verir ki, Amerika başçısının bu çağırışı “Tramp İŞİD-çiləri sərbəst buraxır” iddiasına yol açıb.

“Suriyada “Xilafət”i tamamilə yox etmək üçün apardığımız son döyüşlərdə 1800 İŞİD-çini əsir götürdük. Hazırda bu təhlükəli məhkumları nə edəcəyimiz barədə qərar verilir.

Təəssüf ki, Avropa ölkələri bunun onların yaxşılığı üçün edildiyini başa düşmür və bizə kömək etmirlər. Bilavasitə onların ölkələrindən gələn məhkumları təhvil almaq istəmirlər. Bu, yaxşı deyil”, - deyə Donald Tramp qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər