2 May 2019 16:54
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Gürcüstandakı səfiri Paskal Mene bu ölkədən olan vətəndaşların Avropa İttifaqından (Aİ) siyasi sığınacaq istəyənlərin sayının artmasından narahatlığını dilə gətirib.

Teleqraf.com xəbər verir ki, fransız diplomat Gürcüstan vətəndaşlarının Aİ ölkələrindən siyasi sığınacaq tələb etməsi üçün heç bir səbəbin olmadığını iddia edib.

Səfir qeyd edib ki, Aİ nümayəndələri dəfələrlə Gürcüstandan Avropaya miqrant axının artmasından narahatlığını gündəmə gətirib:

“Gürcüstanda müharibə getmir və vətəndaşların siyasi sığınacaq tələbləri üçün heç bir səbəb yoxdur”

Paskal Mene Gürcüstan vətəndaşlarının Fransadakı miqrantlar arasında ilk sırada yer aldığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər