5 Sentyabr 2014 12:47
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin rəhbərliyi bölgənin yenidən abadlığı üçün lazım olan müddət və maddi vəsaiti açıqlayıb.

Teleqraf.com Türkiyə saytlarına istinadən xəbər verir ki, Fələstin İnkişaf və Yenidənqurma İqtisadi Şurası (PECDAR) bununla bağlı araşdırmalar aparıb.

Verilən açıqlamalara görə, 50 günlük müharibədə viran qalan Qəzzanın yenidən abadlığı üçün 4,6 milyard avroya və 5 il vaxta ehtiyac var.

Qəzza zolağında iyul və avqust ayları boyu davam edən müharibədə 2100-dən çox Fələstinli həyatını itirib, minlərlə ev və infrastruktur darmadağın olub.

İsrail atəşkəs təmin edilməsindən sonra Qəzza zolağına tikinti materialının keçidinə icazə verməyib. İsrail hökuməti Həmas və digər fələstinli radikal qrupların materialları özünə qarşı işlətməsindən narahatlığını qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər