Rusiyanın Suriyada yerləşən Hmeymim aviabazası atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
V.Kupçişin qeyd edib ki, terrorçular cavab atəşi ilə susdurulub, Rusiya hərbçilərindən xəsarət alan olmayıb: "Aviabazanın obyektlərinə də zərər dəyməyib".