4 May 2019 15:29
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının final mərhələsinə yaxın olan Hollandiyanın “Ayaks” futbol klubunun müsəlman futbolçuları Hakim Ziyeç, Nüsayir Mazraui ve Zaxariya Labyadın Ramazan ayında oruc tutub-tutmayacağı müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, Hollandiya Futbol Federasiyasının prezidenti Maykl van Praq buna görə müsəlman futbolçulardan üçün xahiş edib.

O, oyunçular yerli çempionat, kubok və Çempionlar Liqasında “Ayaks”ın oynayacağı matçları və qazanılması ehtimal edilən 5 kuboku misal göstərib:

“Boş mədəylə finalda oynamaq mümkün deyil. Çempionlar Liqasının yarımfinal oyunu, 2 yerli liqa oyunu, kubokun finalı və bəlkə də Çempionlar Liqasının finalında oynayacaqlar.

Federasiya olaraq inanclarına hörmət edirik, bu ayın onlar üçün nə qədər önəmli olduğunu bilirik. Lakin Hollandiya futbolunun gələcəyi üçün oruclarını mövsüm başa çatdıqdan sonra tutsunlar”.

Ayaks” rəhbərliyi isə müsəlman oyunçularını texniki heyət və həkimlərinin nəzarəti altında olmaq şərti ilə oruc tutmalarına etiraz etməyəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər