Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenko istintaqa çağırılıb.
Bunu ölkə Baş Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib.
Müstəntiqlər P.Poroşenkonu Avromeydançılara qarşı törədilən zorakılıqla bağlı cinayət işi üzrə mayın 7-də ifadə verməyə dəvət ediblər.
Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bi müddət əvvəl bildirmişdi ki, əgər P.Poroşenko prezident seçkisində məğlub olarsa, o zaman korrupsiya işi üzrə istintaqa çağırılacaq.
Aprelin 21-də ölkədə keçirilən prezident seçkisinin ikinici turunda P.Poroşenko məğlub olub. Onun rəqibi Vladimir Zelinski 73,22 faiz, P.Poroşenko isə 24,45 faiz səs toplayıb./report/