8 May 2019 15:50
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstanbulda siyasi dram baş verir, artıq etirazçılar küçələrə çıxmağa hazırlaşır. Buna səbəb martın 31-də müxalifətçi Əkrəm İmamoğlunun qalib gəldiyi bələdiyyə seçkilərinin İstanbul üçün nəticələrinin ləğv edilməsidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yuri Mavaşev deyib.

Ekspert nəticələrin ləğv edilməsinin arxasında görünməyən qüvvələrin durduğunu iddia edib:

“Baş verənlər Prezident Ərdoğanın siyasi müstəqilliyini itirdiyini göstərir.

Çox güman ki, seçkilərin nəticəsinin ləğv edilməsində “boz kardinal” Dövlət Baxçalının böyük rolu var. Çünki qərar Ərdoğan onunla görüşdükdən sonra elan edildi”.

Yuri Mavaşev hesab edir ki, bu qərar Türkiyəyə baha başa gələ bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər