5 Sentyabr 2014 20:46
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO liderləri summitin ikinci günündə görüşərək Ukraynanın şərqində separatistləri dəstəklədiyi üçün Rusiyaya qarşı əlavə ölçüləri müzakirə ediblər.

28 üzv ölkənin nümayəndələri Rusiyanın hərbi aqressiyasına qarşı Avropanın şərqinə hərbi qüvvə yerləşdirmək və "cəld reaksiya kontingenti" yaratmaq barədə qərar qəbul ediblər. Polşa, Rumıniya və Baltik dövlətləri bu kontingentə ev sahibliyi etməyə razılıq veriblər.

Britaniya Baş Naziri David Kameron ölkəsinin həmin kontingentə 3500 hərbçi töhfə edəcəyini elan edib. O, NATO-nun Avropada gücünü artırmasının vacibliyini vurğulayıb.

Cənab Kameron qərarını ABŞ liderləri və prezident Barak Obama ilə görüşündən sonra verib.

Britaniya xarici işlər naziri Filip Hammond bildirib ki, Qərb Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır. Ancaq, onun sözlərinə görə, cümə günü sülh danışıqlarından çıxacaq nəticələr götürüləcək ölçülərə təsir göstərə bilər.

Ukrayna böhranı NATO summitində görüşlərin əsas mövzusu olub. Liderlər həmçinin İraq və Suriyanın şərqinə nəzarət edən İslam Dövləti qrupundan qaynaqlanan təhdidlərə qarşı strategiyaları nəzərdən keçiriblər.


Müəllif:

Oxşar xəbərlər