9 May 2019 16:15
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurda internet və sosial şəbəkələrdə uydurma və yalan xəbər paylaşmaq, onu yaymaq artıq ağır cinayət əməli hesab olunacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı ölkə məclisi yeni qanun qəbul edib.

Bundan sonra internetdə manipulyasiya məqsədilə yalan və uydurma paylaşımlar etmək, onu yaymaq cinayət hesab olunacaq. Bu cür cinayətlər parlamentin qəbul etdiyi “Yalan və manipulyasiya haqqında” qanunla tənzimlənəcək. Qanunla internetdə yalan yayan şəxslər 10 ilə qədər həbs cəzası ala bilər.

Məclis üzvlərindən 9 deputat qanunun əleyhinə, 72-si isə lehinə səs verib.

Ölkə müxalifəti və vətəndaş cəmiyyəti qurumları bu dəyişiklikləri tənqid edir.


Müəllif: Cavad

Oxşar xəbərlər