ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. ABŞ Senatının Kəşfiyyat Komitəsində ifadə verməli olacaq.
Teleqraf.com xəbər verir ki, prezidentin oğlu başa çatan “Rusiya izi” araşdırması çərçivəsində Kəşfiyyat Komitəsinə ifadə vermək üçün dəvət edilib.
Qeyd edək ki, bu dəvət həm də Prezident Trampın ailə üzvləri haqqında çıxarılan ilk qərar və ailə üzvlərindən birinin ilk dəfə ifadə verməsi kimi tarixə düşəcək
Bildirilir ki, Demokratların çoxluq təşkil etdiyi Kəşfiyyat Komitəsinin Trampın böyük oğlunu ifadə vermək üçün çağırmasına səbəb onun 2017-ci ildə Senatın Ədalət Komitəsində verdiyi ifadə olub.
Xatırladaq ki, prezidentin sabiq vəkili Mixael Kohen bu mövzuda ifadə verərkən, “Tpamp Jr. Rusiya ilə bağlı məsələdən xəbərdardır” sözlərini işlədib.