10 May 2019 10:03
2 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə xüsusi yaxınlığı ilə seçilən Qətər Əmirliyi türk hərbi aviasiya sənayesinin məhsulu olan “Atak” helikopterlərinin əvəzinə ABŞ-dan 24 ədəd AH-64E model “Apache” helikopteri almaqa üstünlük verib.

Teleqraf.com xəbər verir ki, bunun qarşılığında Qətər Amerikaya 3 milyard dollar ödəməli olacaq.

ABŞ-ın Müdafiə və Təhlükəsizlik Agentliyi alqı-satqıya dair yazılı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Dövlət Departamenti Qətərə xarici hərbi satış çərçivəsində 3 milyard dollar dəyərində 24 ədəd “Apche” model helikopterlər satmaq qərarı verib.

Qeyd edək ki, Konqres 30 gün müddətində bu alqı-satqıya etirazinı bildirməsə, tərəflər arasında real görüşlərə start veriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər