Türkiyəli müğənni Bülent Ərsoy iftar zamanı qorxu dolu anlar yaşayıb.
Teleqraf.com xəbər verir ki, şou məqsədilə masaya qoyulan quru buzun üstünə su tökməklə yaranan duman müğənnini qorxudub.
Bülent Ərsoy hadisədən öncə jurnalistlərin suallarını cavablandırıb.
Həmişə Ramazanda səhnəyə çıxmaqdan imtina etdiyini bildirən müğənni bu dəfə bu ənənəni pozmaq məcburiyyətində qalacağını söyləyib: “Mayın 18-də konsertim var, menecerim əvvəldən müqavilə imzalayıb. Səhnəyə çıxmasam, böyük məbləğdə təzminat ödəməli olacağam, amma tüpürdüyümü də yalamaq istəmirəm. Bu situasiya məni narahat edir, görək, nə olacaq”.
İftardan sonra duman şou Bülent Ərsoyu daha da gərginləşdirib.