10 May 2019 13:00
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin model həyat yoldaşı Karla Bruni tanınmaz hala düşüb.

Teleqraf.com xəbər verir ki, Fransanın birinci xanımı statusuna layiq görülməzdən əvvəl model və müğənni kimi fəaliyyət göstərən Karla Bruninin estetik əməliyyatları təsirsiz ötüşməyib.

Əslən italyan mənşəli olan Karla Bruni 6 yaşında Fransaya köçüb və burada musiqi təhsili alıb. Universitetə qəbul olunsa da, təhsilini modellik karyerasına qurban verib. 90-cı illərdə isə artıq o, dünyanın ən uğurlu modellərindən birinə çevrilib. Sonsuz sevgi macəraları və qalmaqallı fotoları ilə gündəmə gələn Karla 29 yaşlarında modellik fəaliyyətini dayandırıb və musiqi karyerası ilə məşğul olmağa qərar verib. 2003-cü ildə çıxardığı debüt albomu ona uğur gətirib.

Fransanın prezidenti olmuş Nikola Sarkoziyə ərə gedəndən sonra isə müğənni və keçmiş model öz imicilə bağlı daha ehtiyatlı davranmağa başlayıb.

Gözəllik ikonu kimi anılan Karla Bruninin son halı isə görənləri təəccübləndirir.


Müəllif: Leyla

Oxşar xəbərlər