Türkiyənin İstanbul şəhərində Beytullah Güraslan adlı şəxs bir həftə əvvəl evləndiyi həyat yoldaşı Fatma Güraslanı bıçaqlayaraq qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, kişi həyat yoldaşına mübahisə zəmnində 21 bıçaq zərbəsi vurub.
Məhkəməyə çıxarılan ər mübahisə zamanı Fatma Güraslanın ona xəyanət etdiyini iddia edib.
Beytullah Güraslan ifadəsində qətlə yetirdiyi qadınla 2015-ci ildə Feysbukda tanış olduğunu bildirib.