11 May 2019 22:40
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Camal Qaşıqçının 3 yaxın dostuna ölüm təhdidləri ilə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu iddia ilə İngiltərənin “Taym” qəzeti çıxış edib. Qəzet MKİ-nin Qaşıqçının yaxın dostları və onların ailəsi üçün ciddi həyati təhlükə olduğunu düşündüyünü yazıb. Qaşıqçının dostlarından ikisinin Norveçdə yaşayan və jurnalist kimi fəaliyət göstərən İyad əl-Bağdadi və Ömər Əbdüləziz olduğunu, təhlükəsizlik məqsədilə üçüncü şəxsin adının açıqlanmadığı bildirilib.

Məqalədə sözügedən şəxslərin cinayətin aydınlaşdırılması üçün apardığı araşdırmalara və şahzadə Salmanın qətllə əlaqəsi olduğuna diqqət çəkdiklərinə görə hədəfə çevrildiyi qeyd edilib.

Qəzet həmçinin MKİ-nin adı çəkilən 3 şəxsə Səudiyyə Ərəbistanı hakimiyyətinin təsirli olduğu Avropa və Asiya ölkələrinə getməmək barədə xəbərdarlıq etdiyini iddia edib.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçı ötən ilin oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər