Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə daxil olan Əl-Fuceyrə əmirliyində ard-arda bir neçə partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış dəniz limanında olub, təmirə dayanan bir neçə tankerdə yanğın başlayıb. 10-a yaxın neft tankerini alov bürüdüyü bildirilir.