13 May 2019 08:44
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin qərbində ölkə sərhədini qanunsuz keçməyə çalışan 223 miqrant saxlanılıb.

Bildirilir ki, ölkənin Sahil Mühafizəsi Xidməti Aydın vilayətinin Quşadası rayonu sahilində 60 qanunsuz miqrantısaxlayıb. Saxlanılanlar arasında 22 uşaq var. Miqrantlardan 55-i Əfqanıstan, 5-i isə İran vətəndaşlarıdır.

Eyni zamanda Quşadası sahillərində 47 qanunsuz miqrant, İzmir vilayətinin Çeşmə ərazisində isə 116 miqrant saxlanılıb.

Ötən ayın sonlarında da Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər