13 May 2019 10:48
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur uşaq ulduzu Parla Şenol Əkrəm İmamoğlunu dəstəkləyən mesaj verməsindən sonra Türkiyə Kino Əsər Sahibləri Məslək Birliyi (SESAM) aktrisaya mükafat verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, SESAM Mədəniyyət və Turizm Nazirliyinin himayəsində “Türk kinosunu keçmişdən gələcəyə aparanlar” adına mükafatı bu yaxınlarda sahiblərinə təqdim etməlidir.

Ancaq bəlli olub ki, məşhur musiqiçi Cahid Berkaydan sonra əfsanəvi uşaq ulduzu Parla Şenola veriləcək mükafat ləğv edilib.

Aktrisa isə son mesajında bu fikirləri yazıb: “Kino Məslək Birliyi 10 gün əvvəl mənə mükafat təqdim edəcəyini bildirdi. İndi isə vaxt azlığı səbəbindən mükafatı təqdim etməkdən imtina edib. Səbəb vaxt azlığıdır. Ancaq əsas səbəb mənim “Hər şey gözəl olacaq” paylaşımı etməyimdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər