15 May 2019 10:12
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Ankara-Qars qatarının biletləri ilk dəfə satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu marşrut üzrə qatar ilk dəfə mayın 29-da yola düşəcək.

İlkin qatar səfəri daha çox turistik səfər xarakterindədir və mayın 29-da Ankarada yerli saatla 20:00-da çıxacaq. Qatarın bileti bir nəfər üçün 400 türk lirəsi, iki nəfərlik bilet isə 500 lirədir.

120 yataq yeri olan qatar Ankaradan Qarsa 27 saata çatacaq.

Sonrakı mərhələdə Ankara-Qars-Ankara xətti üzrə günaşırı işləyəcək qatar Qarsdan Ankaraya saat 23:00-da çıxacaq.

Məlumat üçün qeyd edək ki, bu həm də gələcəkdə açıqlaması gözlənilən Bakı-Ankara qatar yolunun bir hissəsidir. Eyni zamanda Bakı-Tblisi-Qars marşrutu üzrə hərəkət edən sərnişinlər Qarsdan Ankaraya asanlıqla çata bilər.

Qatarın biletinin indi göstərilən qiymətlərdən ucuz olacağı gözlənilir.


Müəllif: Cavad