360 min Rusiya vətəndaşının, o cümlədən “Rosnano”nun rəhbəri Anatoli Çubaysın, “Skolkovo” Fondunun həmsədri Arkadi Dvorkoviçin və teleaparıcı Vladimir Solovyovun şəxsi məlumatları internetə sızıb.
Teleqraf.com RBK-ya istinadən xəbər verir ki, yüksək vəzifə sahiblərinin şəxsi məlumatlarını Bazar İştirakçıları Assosiasiyasının sədri İvan Beqtin aşkarlayıb.
İ.Beqtin 8 dövlət sisteminin, o cümlədən Maliyyə Nazirliyinin subsidiyalar üzrə federal büdcə reyestrinin, Ədliyyə Nazirliyinin qeyri-kommersiya təşkilatlarının hesabatları üzrə reyestrinin, “Rostrud” portalında vətəndaşların müraciətlərinin qeydiyyatını və digər dövlət sistemlərinin saytlarının məlumatlarını təhlil edib.
İ.Betqin onu da qeyd edib ki, 360 min rəqəmi təxmini qiymətləndirmədir. Belə ki, eyni qeyddə bir neçə nəfər haqqında məlumatlar olması bu sayın artmasını şərtləndirə bilər.