16 May 2019 10:33
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim üçün əhəmiyyətli olan bu ölkə ilə xüsusi əlaqələrdən həmişə danışmışam. Siyasi düşüncələr bir çox nöqtələrdə fərqlidir, ancaq ortaq maraqlarımız da var.

Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Türkiyədən danışarkən bildirib.

O, əlavə edib ki, dəyişən dünyada Avropa özünə yeni nizam verməlidir. Onun sözlərinə görə, bu mənada mayın 26-da Avropa Parlamentinə keçiriləcək seçkilər xüsusi əhəmiyyətə malikdir.

Angela Merkel Türkiyədə bələdiyyə seçkilərinə də toxunub: “Bələdiyyə rəhbərliyinə seçkilərlə bağlı son proseslər AB üzvlüyü ehtimalını gücləndirmir, əksinə bu ölkənin inkişafı yolu ilə bağlı əndişələrə səbəb olur. Mən Türkiyənin tam AB üzvlüyünü xəyalıma gətirə bilmədiyimi də daim vurğulamışam ”.

Kansler Türkiyənin Avropa Birliyinə üzvlüyünə dair müzakirələrin açıq olduğunu vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər