18 May 2019 14:17
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yolda avtomobilini saxlayaraq yaşlı bir qadınla söhbət edib.

Teleqraf.com xəbər verir ki, qısa söhbətdə qadın və prezident qarşıdan gələn bələdiyyə seçkiləri haqda danışıb.

Ərdoğanın “Kimə səs verəcəksən?” sualına qadın “Allah bilir” cavabını verib. Qadının “Hər halda sizinlə qarşılaşdığıma görə...” sözü isə Ərdoğanı güldürüb.

Prezident səmimi söhbətin sonunda yaşlı qadının əlini öpüb.

Hadisənin görüntüsü sosial şəbəkədə izləmə rekordu qırıb.

Olayın video-görüntüsünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu