21 May 2019 11:49
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Abdullah Öcalanın vəkilləri ilə görüşməsi PYD, YPG və HDP kimi terror təşkilatları ilə fikir mübadiləsi aparması deməkdir. Türkiyə dövləti buna icazə verməməlidir”.

Teleqraf.com xəbər verir ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüş qadağasının ləğvinə münasibət bildirən Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici belə deyib.

O, Türkiyə Ədliyyə Nazirliyinin məlum qərarını kəskin tənqid edib:

“Bunun yanlış olduğunu açıq şəkildə deyirəm, bu məsələdə bizi heç kəs razı sala bilməz. Əgər bu qərar İstanbulda keçiriləcək seçkilər üçün verilibsə, bunu qəbul etmək mümkün deyil. Bunun bir tələ olduğunu da “Cümhur İttifaqı”ndakı (AKP-MHP koalisiyası) dostlarımızın diqqətinə çatdırmaq istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər