21 May 2019 16:19
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Dövlət Təhqiqat Bürosu ölkənin eks-prezidenti Petro Poroşenko barədə cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi dövlətə xəyanət maddəsi üzrə açılıb.

Qeyd edilir ki, cinayət işi Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç administrasiyası başçısının müavini Andrey Portnovun bəyanatına əsasən qaldırılıb. Belə ki, A.Portnovun versiyasına görə, P.Poroşenko ukraynalı dənizçiləri Kerç boğazına göndərməklə dövlətə xəyanət edib.

Bildirilir ki, söhbət 2018-ci il noyabrın 25-də baş verən hadisələrdən bəhs edilir. “Məhkəməyə qədərki təhqiqat başladılıb”, – deyə idarədən bildiriblər.

Qeyd edək ki, ötən il noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinin üç gəmisi Rusiya sərhədçiləri tərəfindən Rusiyanın dövlət sərhədini pozmaq bəhanəsi ilə həbs olunub. Gəmilərdə olan 22 dənizçi və Ukrayna Təhlükəsizlik Xidmətinin 2 əməkdaşı da saxlanılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər