22 May 2019 08:43
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ arasında davam edən S-400 böhranı zənnimcə, Donald Trampın bu ölkəyə səfərindən sonra aradan qalxacaq. İyul ayında Trampın Ankaraya gəlişi gözlənilir. Bu görüş müsbət atmosferdə keçəcək və iki ölkə arasında yaranan böhrana son qoymaq üçün ən ideal danışıqlar raundu olacaq.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, bu görüşdə ABŞ rəhbərliyi Türkiyənin S-400 raketlərinin alınması ilə razılaşacaq:

“Bir şərtlə ki, Türkiyə bundan sonra Rusiya ilə yeni silah müqavilələri bağlamasın. Ortaq işçi qrupu yardılacaq. ABŞ bu işçi qrupu vasitəsilə Türkiyənin Rusiya ilə hərbi-texniki əməkdaşlığına imkan verməməyə çalışacaq. ABŞ Türkiyəyə F-35 yeni nəsil təyyarələrinin ixracını da reallşdıracaq”.

M.Əsədullazadə qeyd edib ki, Türkiyə Aralıq dənizinin şərq sahillərində və Suriya sərhədində təhlükəsizlik problemi ilə üzləşib:

“Aralıq dənizində Türkyənin iri miqyaslı hərbi təlimləri göstərir ki, Ankaraya qarşı çirkli oyunlar hazırlanır. Məhz bu oyunlara qarşı Türkiyə Rusiya ilə yaxınlaşmalı olub. ABŞ Türkiyənin təhlükəsizliyinə və müttəfiq əlaqələrinə hörmət edib, Türkiyə ilə tərəfdaş kimi davranmalı və Ankara ilə müttəfiq əlaqələrini qorumalıdır. Türkiyə Rusiya və Çin oxu ilə birləşsə, Yaxın Şərqdə ABŞ üçün regional maraqlarını reallaşdırmaq çətin olacaq. İsrail və Səudiyyə Ərəbistanı oturuşmuş və dərin dövlətlər deyil. Bu dövlətlərin varlığı ABŞ-a bağlıdır. Ona görə də ABŞ-ın regionda yeganə müttəfiqi Türkiyə olub. Yaxın Şərqdə süni dövlətlər ABŞ-ın geosiyasi maraqlarının reallaşmasında mühüm rola malk deyillər. Ona görə də Vaşinqton Ankara ilə razılaşmaq zorundadır”.

Siyasi şərhçinin sözlərinə görə, bu gün ABŞ Suriyada ona görə zəif duruma düşdü ki, Türkiyə ilə deyil, kürd terrorçuları ilə hərəkət etdi:

“Çünki burada ABŞ rəhbərliyinə təlimatlar verən yəhudi lobbisi oldu və onlar regionda kürd dövlətinin yaradılmasına çalışdılar. Nə qədər ki, Ağ evə lobbilər təsir edəcək, ABŞ-ın müttəfiqləri ilə münasibətləri pozulmuş olacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər