22 May 2019 22:08
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni prezidenti Voladimr Zelenski bir neçə keçmiş televiziya həmkarlarına öz administrasiyasında vəzifə verib.

Teleqraf.com xəbər verir ki, Prezident administrasiyası başçısının müavini Serhiy Trofimov Zelenskinin çəkildiyi "Kvartal 95 Studiyası" proqramının prodüseri olub.

Ssenari müəllifi, studiyanın həmtəsisçisi və prodüserinə administrasiyada müşavir vəzifələri verilib.

Digər bir televiziya həmkarı və televiziya studiyasının rəhbəri olan, onun siyasi partiyasını yaradan, köhnə dostu İvan Bakanovu Zelenski Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərinin müavini təyin edib.

Vəzifələr təkcə əyləncə ustalarına paylanmayıb.

Ukraynanın ən zəngin adamlarından biri olan İhor Kolomoyski-in vaxtilə vəkili olmuş və Zelenskinin seçki kampaniyasında iştirak etmiş Andrey Bohdan prezident administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib.

Andrey Bohdan təyinatdan sonra bildirib ki, administrasiya Rusiya ilə hər hansı potensial sülh sazişinin referenduma və parlament səsverməsinə çıxarılması variantını nəzərdən keçirir.

Ukraynanın yeni prezidenti digər siyasi təyinatlar sırasında "Kvartal 95" şirkətinin həmtəsisçisi Serhiy Şefirmi prezidentin birinci köməkçisi təyin edib. "Kvartal 95" proqramının ssenari müəllifi Yuri Kostyuka administrasiya rəhbərinin müavini vəzifəsi verilib.


Müəllif: Teleqraf.com