24 May 2019 11:05
2 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konyada bıçaqlanan Doğanhisar bələdiyyə sədri İhsan Öztoklu xəstəxanada vəfat edib.

Teleqraf.com xəbər verir ki, Millətçi Hərəkat Partiyasından (MHP) bələdiyyə sədri seçilən Öztoklunun vəfat etdiyi baraədə MHP-nin Konya təşkilatının rəhbəri Murad Çiçək bildirib.

Qeyd edək ki, evli və 2 uşaq atası olan mühəndis İhsan Öztoklu 31 martda keçirilən seçkilər zamanı səslərin 52,46 faizini alaraq bələdiyyə sədri postunu qazanmışdı.

İhsan Öztoklun ölümündən dərhal sonra bu hücumda əli olan Doğanhisarın sabiq bələdiyyə sədri Abdullah Koçun yaşadığı məhəllə polis tərəfindən mühasirəyə alınıb, küçəyə giriş-çıxış qapadılıb. Məqsəd mümkün qarşıdurmanın qarşısını almaqdır.

Qeyd edək ki, Abdulla Koç MHP xətti ilə 2014-cü ildə Doğanhisar bələdiyyə sədri seçilib. İki il əvvəl MHP-dən istefa verib və müstəqil fəaliyyət göstərib. 2018-ci ildə isə İyi Partiyaya üzv olub. Ancaq son seçkilərdə bələdiyyə sədri postunu uduzub.

Hazırda baş verən silahlı hücumla bağlı 3 nəfər həbs edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər