24 May 2019 13:39
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə otellərin birində 45 milyon avroluq almazı oğurlayan zərgər qiyafəli iki şəxsi tapmaq mümkün olmayıb.

Teleqraf.com xəbər verir ki, Parisdə 2 oğru 45 milyonluq almazı oğurlamaq məqsədilə zərgər roluna giriblər.

Almaza qiymət qoymaq bəhanəsi ilə əlinə alan “zərgərlərdən” biri onun yerinə saxtasını qoyub. Daha sonra oğrular Parisdə qeyb olublar.

Hadisə Parisin 8-ci bölgəsində, Marie-Diouate Otelində baş verib.

Məlumata görə, burada mütəxəssis-zərgərlər almazın 45 milyon avro dəyərində olduğu haqqında sahibinə sertifikat verməli imiş. Onlar almaz sahibinə sertifikatı versələr də, az sonra isə həqiqi almazın dəyişdirildiyi məlum olub.

Adı açıqlanmayan almazın sahibi Qvineya prezidentliyinə namizəd olub. O, almazın dəyişdirildiyini sonrada hiss edib və polisə şikayət edib.

Paris polisi istintaq başladığını və almazın deyiləndən daha bahalı olduğunu açıqlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər