Avropa Komissiyasının Böyük Britaniya ilə dialoqa dair mövqeyi baş nazir Tereza Meyin vəzifəsindən ayrılmasına baxmayaraq, dəyişməz olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin nümayəndəsi Mina Andreyeva keçirdiyi brifinqdə deyib.
“Britaniyanın Avropa İttifaqından çıxmasına və digər məsələlərə dair müqavilə üzrə mövqeyimiz dəyişməz olaraq qalır”, – deyə Andreyeva situasiyanı şərh edərkən qeyd edib.
Baş nazir Mey iyunun 7-də Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcəyini bəyan edib. Onu bu bəyanatla çıxış etməyə partiyadaşları, o cümlədən Avropa İttifaqı ilə Breksit üzrə Meyin təqdim etdiyi yeni razılaşmadan narazı qalan Nazirlər Kabinetinin üzvləri məcbur edib. Bu, Meyin baş nazir vəzifəsini də tərk etməsi deməkdir.