25 May 2019 19:59
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın bölgəyə göndərdiyi gəmiləri batırarıq.

Teleqraf.com “Royter” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı İran ordusunun sözçüsü general Mürtəza Qurbani deyib.

General bildirib ki, Amerika bölgəyə iki hərbi gəmi göndərir: “Ən kiçik bir dəlilik edərlərsə, iki raket və ya iki gizli silahdan istifadə edərək bu gəmiləri personalı və qırıcıları ilə birlikdə dənizin dibinə göndəririk”.

Qeyd edək ki, sonuncu dəfə ABŞ Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranan durum çərçivəsində regiona 1500 əlavə əsgər göndərdiyi haqda qərar verib.


Müəllif: Cavad