ABŞ-ın Oklahoma ştatında tornado 2 nəfərin həyatına son qoyub.
Teleqraf.com-un məlumatına görə, El Reno şəhərində hadisə nəticəsində mehmanxana eləcədə yaxınlığda yerləşən yaşayış binalarına ziyan dəyib.
Hazırda yerli hakimiyyət orqanları itkin düşmüş şəxslərin sayını dəqiqləşdirir. Axtarış və xilasetmə əməliyyatları davam edir.