Braziliya həbsxanasında məhkumlar arasında baş verən dava zamanı 15 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Manaus şəhərinin Anisio Kobim həbsxanasında görüş saatlarında baş verib.
Əyalət həbsxanalarına cavabdeh olan dövlət rəsmisi, polkovnik Oiveira de Ameida faktı təsdiq edib.
Təhlükəsizlik güclərinin hadisə yerinə cəlb edildiyini bildirən polkovnik əlavə edib ki, vəziyyət nəzarət altına alınıb.