27 May 2019 13:03
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp ABŞ-ın İrandakı rejimi dəyişməyə can atmadığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında D.Tramp deyib:

“Biz İranda rejim dəyişikliyinə çalışmırıq. ABŞ İranla imzalanmış nüvə razılaşmasından çəkildikdən sonra Tehran ciddi iqtisadi problemlər səbəbindən bölgədə davranışını dəyişib”.

Tramp əlavə edib ki, onun fikrincə, ABŞ və İran razılıq əldə etməyə müvəffəq olacaqlar:

“İran böyük iqtisadi potensiala sahibdir. Mən bilirəm ki, İrandan olan bir çox insanlar əla insanlardır. Onların mövcud rəhbərliklə böyük ölkə olmaq şansı var”.


Müəllif: Səxavət