28 May 2019 09:27
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Şinzo Abe Tokio körfəzinin çıxışında yerləşən Yokosuka bazasında “Gündoğar ölkə”nin hərbi-dəniz qüvvələrinin ən böyük gəmilərindən birində - “Kaqa” helikopterdaşıyan gəmisində olublar.

Teleqraf.com xəbər verir ki, iki ölkə liderinin helikopterləri yapon və ABŞ dənizçilərinin düzüldüyü gəminin göyərtəsinə enib. Mərasim yerli telekanallarla birbaşa yayımlanıb.

“Kaqa”nın yaxın zamanlarda aviadaşıyıcı kimi yenidən qurulacağı bildirilib. Bundan sonra gəmi göyərtəsinə ABŞ-dan yeni alınan, qısa uçma və üfüqi eniş qabiliyyətinə malik “F-35” hərbi təyyarələrini qəbul edəcək.

Liderlərin həmin gəmiyə səfərinin məqsədi isə Vaşinqton ilə Tokio arasında hərbi ittifaqın möhkəmliyini nümayiş etdirməkdir.

Yaponiya yaxın zamanlarda ABŞ-dan hərbi-dəniz qüvvələrinin və göyərtə aviasiyasının modifikasiyasının yenilənməsi məqsədilə 105 ədəd “F-35” hərbi təyyarəsi almağı planlaşdırır. “Kaqa” ilə yanaşı, həmin növdən olan “İzumi” gəmisinin də aviadaşıyıcı kimi yenidən qurulması nəzərdə tutulur. Bu gəmilərin su tutumu 19,5 min ton, uzunluğu 248 metrdir. Hazırda həmin gəmilər 14 helikopter və 470 hərbi qulluqçu daşımağa qadirdir. Yenidənqurmadan sonra bu gəmilərin hər biri əlavə olaraq 10 hərbi təyyarə daşıyacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər