8 Sentyabr 2014 12:47
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və ABŞ bugün Qara dənizdə hərbi təlimlərə başlayır.

Teleqraf.com-un Unian.net saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 10-dək baş tutacaq “Si-Briz-2014” Hərbi Dəniz qüvvələrinin ikitərəfli təlimləri Qara dənizin şimal-qərb hissəsində baş tutacaq.

Beynəlxalq əməliyyatların aparılmasında uğurların təmin olunmasını qarşısına məqsəd qoyan təlim ABŞ və Ukrayna müdafiə nazirliklərinin ikitərəfli əməkdaşlıq proqramına uyğun olaraq keçiriləcək.

Təlimlərdə Ukrayna və ABŞ-dan başqa, İspaniya, Kanada, Rumıniya və Türkiyə dəniz qüvvələri iştirak edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər